Karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir - Xəbərdarlıq
06.11.2020 11:28

Demək olar ki, hər gün COVID-19-a yoluxma sayı ilə bağlı rəqəmlər yüksəlir, rekord göstərici qeydə alınır, lakin rekordu belə sürətlə yeniləməyimiz heç də yaxşı hal deyil.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

 

Onun sözlərinə görə, son sutkada 1364 nəfərdə COVID-19-a yeni yoluxma halı aşkarlanıb. Son günlərdə müşahidə edilən tendensiyaya uyğun olaraq, sutka ərzində də sağalan xəstələrin sayı 768 nəfər olmaqla, yeni yoluxma sayından 2 dəfəyə yaxın az olub. Belə bir tendensiyanın davam etməsi isə onu göstərir ki, ölkədə koronavirus baxımından sanitar-epidemioloji vəziyyət nəzarətdən çıxa bilər:

 

“Hazırda ölkədə sanitar-epidemioloji vəziyyətə nəzarət edildiyini deyə bilərik. Ancaq yoluxma sayındakı artım belə davam edərsə, vəziyyət çətin olar. Hər kəs bu suala cavab verməyə və vəziyyəti düzəltmək üçün əlindən gələni etməyə çalışmalıdır. Biz dəfələrlə bildirmişik ki, indi ölkəmiz üçün ən həssas dönəmdir. Vətən müharibəsinin aparıldığı indiki dönəmdə insanlar yalnız özlərini deyil, torpağımız uğrunda döyüşən əsgərlərmizi də nəzərə almalıdırlar. Yoluxma sayının belə sürətlə artması bu virusun cəbhədəki əsgərlərimizə gedib çatması riskini də çoxaldır”.

 
Y.Abdiyeva qeyd edib ki, virusdan qorunmaq üçün hər kəsin üzərinə düşən iş yalnız məsuliyyətli olaraq, qaydalara əməl etməkdir:

 

“Biz eyni zamanda qaydalara əməl etməyənləri də qınamalıyıq. Bunu hər birimiz edəriksə, qaydalara əməl etməyənlər, onu pozanlar gələn dəfə ona əməl etməyə çalışacaqlar. Beləliklə də cəmiyyətdə virusla bağlı davranış normalarımız daha da təkmilləşəcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub