Yaşlılığın qavranılması nəsillərə görə dəyişir – 4 elmi mərkəzin birgə tədqiqatı
23.04.2024 15:04

Berlin Humboldt Universiteti, Stenford Universiteti, Lüksemburq Universiteti və Almaniya İqtisadi Araşdırmalar İnstitutunun alimləri müxtəlif nəsillər arasında qocalığın qəbulu ilə bağlı araşdırma aparıblar. Müəyyən olunub ki, nəsil nə qədər gec olarsa, qocalığın başlanğıcı bir o qədər gec hesab edilir.

Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, Almaniyadan 40 ilə 100 yaş arasında olan 14 mindən çox insanın iştirak etdiyi araşdırma, yaşlanma ideyasının zamanla dəyişdiyini göstərib.

Məsələn, Amerika Psixoloji Dərnəyinin məlumatına görə, 1931-ci ildə anadan olan tədqiqat iştirakçıları qocalığın 74, 13 il sonra doğulanlar isə 75 yaşdan başladığına inanırdılar. Alimlərin fikrincə, tədqiqata 1911-ci il təvəllüdlü insanlar daxil edilsəydi, onlar qocalıq yaşını 71 hesab edəcəkdilər.

Müxtəlif nəsillərdən olan insanların cavabları müxtəlif olsa da, 1936-1951 və 1952-1974-cü illər nəsilləri arasında qocalığın qəbulu praktiki olaraq eyni olub. Alimlər həmçinin aşkar ediblər ki, qadınlar qocalığın kişilərdən daha gec başladığına inanırlar.

Tədqiqat müəllifləri qocalma qavrayışındakı dəyişikliklərin gözlənilən ömür uzunluğunun və sonrakı təqüd yaşı ilə əlaqəli ola biləcəyini irəli sürürlər. Onlar həmçinin qeyd edirlər ki, qocalmaq qorxusu və həyat keyfiyyətinə dair mənfi stereotiplər qocalığı “gecikdirmək” istəyini stimullaşdıra bilər.

Tədqiqatçılar qocalığın "gecikdirilməsi" tendensiyası davam edib-etməyəcəyini anlamaq üçün tədqiqatları davam etdirməyi və müxtəlif ölkələrdə qocalığın qavranılmasına sosial qrupların və mədəni xüsusiyyətlərin təsirini araşdırmağı planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama