ScienceAlert: Görmə qabiliyyətinin dəyişməsi demensiyanı proqnozlaşdıra bilər
23.04.2024 09:15

Böyük Britaniya alimləri belə qənaətə gəliblər ki, görmə qabiliyyətinin dəyişməsi demans kimi koqnitiv pozğunluqların sürətli inkişafı ilə bağlı ola bilər.

Aztibb.az xəbər verir ki, “ScienceAlert” jurnalında dərc edilən bir araşdırma, sonradan demensiya diaqnozu qoyulan insanların xəstəliyin digər simptomları görünməzdən çox əvvəl nəzərəçarpacaq dərəcədə görmə pozğunluğu yaşadıqlarını göstərib.

Tədqiqat zamanı 8 min insan müşahidə edilib, onlardan 537-də demans diaqnozu qoyulub. Tibbi qeydlərin təhlili göstərib ki, sonradan demensiya diaqnozu qoyulanların görmə funksiyası pozulub - onlar ekrandakı obyektləri müəyyən edə bilməyiblər.

Mütəxəssislər hesab edirlər ki, demensiyaya səbəb olduğu güman edilən amiloid zülalları beynin vizual məlumatların işlənməsinə cavabdeh olan sahəsinə təsir göstərir. Buna görə də, görmə funksiyasının pisləşməsi on ildən çox əvvəl qocalıq demensiyasının xəbərçisi ola bilər.

Bu nəticələr demans riskinin göstəricisi kimi görmədəki dəyişikliklərin erkən aşkarlanmasının vacibliyini vurğulayır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib