Oksford Universitetinin COVID-19 əleyhinə vaksini Milad bayramı ərəfəsində hazır ola bilər
05.11.2020 20:26

Ekspertlər, Oksford Universiteti tərəfindən hazırlanan koronavirus əleyhinə vaksinin Milad bayramı ərəfəsində hazır olacağını bildirir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, ilk mərhələdə hazırlanacaq 4 milyon vaksin yalnız tibb işçiləri, müəllimlər, sosial xidmət əməkdaşları və ictimai nəqliyyatda çalışanlar üçün nəzərdə tutulub.

 

Qərbdə COVID-19 əleyhinə ən ümidverici peyvənd “AstraZeneca” əczaçılıq şirkəti və Oksford Universitetinin birgə layihəsi hesab olunur. Hazırda bu vaksinin hazırlanması ilə əlaqədar tədqiqatların üçüncü mərhələsi başa çatır, ondan sonra preparat qeydiyyatdan keçə bilər. Daha öncə bunun gələn ilin fevral-mart aylarında baş verməsi ehtimal olunurdu, lakin pandemiyanın ikinci dalğasının misli görünməmiş dərəcədə yayılmasını nəzərə alaraq, dərmanın İngiltərə, Almaniya, Fransa və bir çox başqa ölkələrdə tətbiq olunan ümummilli karantinin sona çatması gözlənildiyi zaman, bu Milad bayramına qədər qeydiyyata alınacağı və istifadəyə veriləcəyi istisna olunmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib