Bel ağrısı xərçəngin əlamətlərindən biri hesab edilir
22.04.2024 11:29

Fizioterapevt Sammy Marqot bildirib ki, bel ağrısı prostat xərçəngi və bəzi digər təhlükəli xəstəliklərlə baş verə bilər.


Aztibb.az “Medik Forum” nəşrinə istinadən xəbər verir ki, həkim bel ağrısının əsas səbəbləri kimi, narahat vəziyyətdə masa arxasında uzun müddət oturmaq səbəbiylə əzələ gərginliyi olmasını əsas gətirib. Eyni zamanda, ağrı daha ciddi səbəblərə görə də inkişaf edə bilər, məsələn, disk sürüşməsi səbəbindən.


Kişilərdə bel ağrısı prostat xərçənginə işarə ola bilər, lakin bu adətən digər əlamətlərlə də müşayiət olunur: sidikdə qan və sidiklə bağlı problemlər və s.


Mütəxəssisin sözlərinə görə, döş qəfəsi və boyun nahiyəsində ağrılar pis duruş, gərginlik və zədələrlə bağlı ola bilər. Eyni zamanda, osteoartrit kimi onurğa xəstəlikləri bel ağrısı ilə nəticələnə bilər.


"Boyun ağrısının ən çox görülən səbəbləri yöndəmsiz vəziyyətdə yatmaq, sıxılmış sinirlər, zədələr və telefonu qulağınızla çiyniniz arasında saxlamaq vərdişidir. Həmçinin, onun sözlərinə görə, problemin ümumi səbəbi qalxanabənzər vəzinin xəstəlikləri, yetkinlik dövründə hormonal balanssızlıq və menopoz ola bilər”,- deyə həkim qeyd edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib