İqlim dəyişikliyindən dəyən zərər 2049-cu ilə qədər ildə 38 trilyon dollar təşkil edəcək
28.04.2024 11:22

Potsdam İqlimə Təsirin Tədqiqatları İnstitutunun açıqlamasına görə, iqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu zərər 2049-cu ilə qədər ildə 38 trilyon dollar təşkil edə bilər.


Aztibb.az xəbər verir ki, “Nature” jurnalında dərc edilən araşdırmada qeyd edilir ki, “Gələcək gəlirin inkişafı üçün ssenariyə əsasən, bu, 2049-cu ildə qlobal illik 38 trilyon dollar itkiyə bərabərdir”.


Beləliklə, növbəti 25 il ərzində qlobal gəlir iqlim dəyişikliyi olmadan 19% aşağı olacaq. Bununla yanaşı, alimlər əmindirlər ki, ciddi iqtisadi təhlükə yaradan meşə yanğınları və qasırğa kimi fəlakətlər deyil, orta temperaturun ləng artmasıdır.


Məqalədə qeyd olunur ki, qlobal istiləşmə təkcə hökumətlər və iri korporasiyalar üçün deyil, həm də fərdlər üçün fəsadlar törədir.


Alimlərin fikrincə, bundan ən çox zərər görəcək ölkələr Afrika və Cənubi Asiyadır.


Ötən il Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ilin ən isti il olduğunu bildirdi. İl ərzində orta qlobal temperatur sənayedən əvvəlki dövrün göstəricilərini 1,48 dərəcə üstələyib. Qeyd olunub ki, qlobal temperatur iyun-dekabr aylarında hər ay yeni rekordlar müəyyənləşdirir.


Eyni zamanda, bu ilin aprelində klimatoloqlar 2024-cü ilin yayının tarixdə ən isti yay ola biləcəyini etiraf ediblər.


Voeykov adına Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Andrey Kiselyev xəbərdarlıq edib ki, temperaturun artması dünya okeanlarının səviyyəsinin qalxması ilə nəticələnə bilər. Onun sözlərinə görə, bu hadisənin nəticəsi alçaq ərazilərin su altında qalması ola bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama