ÜST İrana humanitar yardım göndərib  
23.07.2020 13:44

Koronavirus ilə mübarizəni daha da gücləndirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrana 16 ədəd kompüter tomoqrafiya aparatı göndərib.

 

Aztibb.az xəbər verir ki, bu barədə ÜST-nin Tehrandakı ofisinin rəhbəri doktor Kristof Hamelman məlumat verib.

 

Hamelman bildirib ki, bu aparatlarla virusa yoluxan xəstələrin ağciyərindəki prosesləri müşahidə etmək olacaq:

 

"Dəyəri 4 milyon dollar olan aparatlar ÜST ilə İranın Səhiyyə Nazirliyi arasında davam edən əməkdaşlıq nəticəsində Tehrana gətirilib. Koronavirusun İranda geniş yayılması və ona qarşı aparılan mübarizə təşkilat tərəfindən diqqətlə izlənilir və yardımlar göstərilir".

 

ÜST nümayəndəsi İranın xəstəliyə qarşı effektiv mübarizə apardığını da nəzərə çatdırıb: "ÜST virusa qarşı mübarizədə İrana yardım göstərməkdə davam edəcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib