Son illərdə TƏBİB tabeli tibb müəssisələrində elektronlaşma aparılır
17.04.2024 11:58

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev tibbi sığortanın elektronlaşması məsələsi ilə bağlı bəzi məqamlara diqqət çəkib.

Aztibb.az xəbər verir ki, informasiyaların vaxtında çatdırılması baxımından elektronlaşmanın əhəmiyyətinə toxunan sədr qeyd edib ki, son 10-15 ildə tibb müəssisələrinin qurulmasına investisiya qoyulsa da elektronlaşma bir qədər gecikirdi. O, TƏBİB tabeli tibb müəssisələrində elektronlaşmanın son 3-4 ildə aparıldığını deyib. Z.Əliyev çıxışında onu da vurğulayıb ki, məlumata görə, 1 ay ərzində 1 milyondan çox pasiyent müraciət edib. Vətəndaşlara 3 milyondan çox xidmət göstərilib. 5 milyondan çox transaksiya həyata keçirilib.

Qeyd edək ki, bu fikirlər ABŞ-nin “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə Yeni Klinikanın “HIMSS”in önəmli yetkinlik modulu hesab olunan “Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğunluğunun təsdiqlənməsi ilə bağlı keçirilən görüşdə bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib