Dermatoloq: Üz sabunu seçərkən bunlara diqqət!
21.04.2024 10:33

Tərkibində dərinin qıcıqlanmasına səbəb ola biləcək qələvi olduğu üçün tualet sabunu ilə yuyunmamaq tövsiyə olunur.


Aztibb.az “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, bu barədə dermatoloq Tatyana Yeqorova məlumat verib.

 

"Tualet sabunu müxtəlif əlavələri olan sabun bazasıdır - bunlar antiseptiklər, antibakterial komponentlər, bitki ekstraktları və s. ola bilər. Otlar allergiyaya səbəb ola bilər, antibiotiklər bütün bakteriyaları, o cümlədən faydalı olanları öldürür, bəzən antiseptiklərin artıqlığı da faydalı olmur”, - həkim izah edib.

 

Sabunun tərkibindəki ümumi qələvi və yağlı maddə tərkibi sabunun keyfiyyətini göstərən xüsusiyyətlərdir. NaOH (natrium hidroksid) və KOH (kalium hidroksid) sabun istehsalında istifadə edilən qələvilərdir. Əl yuma sabunları adətən natrium karboksilatlardır. Kalium karboksilatları isə daha yumşaqdır və təraş kremi və maye sabun hazırlamaq üçün istifadə olunur.

 

Ətirli və rəngli sabunlar dərimizi həssaslaşdıra bilər. Ona görə də qoxusuz, rəngsiz və dərimizi nəmləndirən sabunlara üstünlük verməliyik. Məsələn, E vitamini, zeytun yağı, kokos yağı, palma yağı, çobanyastığı ekstraktı,aloe vera və qliserin kimi maddələr dərimiz üçün faydalıdır.

 

Paltar sabununun pH səviyyəsi 11-12, müxtəlif dəri tipləri üçün optimal pH dəyərləri fərqlidir: quru üçün - 3-5,2, normal üçün - 5,2-5,7, yağlı üçün - 5,7-7,5. Dermatoloq bu sabundan istifadənin zərərli ola biləcəyini vurğulayıb.

 

Belə sabununun istifadəsi sabunun antibakterial xüsusiyyətlərinin təsiri altında ölən faydalı mikroorqanizmlər tərəfindən qorunan dəri mikroflorasının təbii balansını poza bilər. Bu, seboreik dermatitin, səpgilərin, qızartıların, qabıqların və qaşınmaların inkişafına səbəb ola bilər.

 

Dermatoloq qeyd edib ki, bəzi mütəxəssislər yağ bezlərində və saç follikullarında Demodex gənəsinin fəaliyyəti nəticəsində yaranan demodikoz zamanı paltar sabunundan istifadə etməyə icazə verirlər. Ancaq bu cür müalicə yalnız həkim tərəfindən təyin olunmalıdır və bu sabun bir mütəxəssislə məsləhətləşmədən istifadə edilməməlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib