The Lancet: Bəşəriyyət üçün ən təhlükəli 10 xəstəlik məlum olub
14.04.2024 11:14

Alimlər qrupu müxtəlif xəstəliklərdən ölüm halları ilə bağlı 204 ölkədə 30 illik tədqiqatın nəticələrini dərc edib. Nəşrin vaxtı təsadüfi deyil, çünki indi çoxlu sayda insan ölümünə səbəb olan pandemiyanın nəticələrinin qiymətləndirilməsi dövrüdür. Bu, hətta hələ də artmaqda olan, lakin indi daha yavaş olan orta ömür uzunluğuna təsir göstərib.


Aztibb.az bu barədə “The Lancet” jurnalına istinadən məlumat verir.


2019-cu ilə qədər statistikaya görə ən təhlükəli xəstəliklərin siyahısına aşağıdakılar daxildir:


- ürək işemiyası,
- infarkt,
- KOAH,
- tənəffüs yollarının infeksiyaları,
- neonatal problemlər (doğuşdan sonrakı ilk ayda ölüm),
- Alzheimer xəstəliyi,
- ağciyər xərçəngi,
- diabet,
- böyrək xəstəliyi,
- bağırsaq infeksiyaları.


Pandemiyadan sonra COVID 12-ci yerdədir. Reytinqdə qocalığa aid olan xəstəliklər də yüksəlir. Məsələn, Alzheimer xəstəliyini hələ də effektiv şəkildə müalicə etmək mümkün deyil, bu da ölümlərin sayının artmasına səbəb olur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib