Qrip virusu nəyin səthində daha çox qalır?
05.11.2020 10:44

Virus və bakteriyalar tez-tez yoluxucu xəstəliklərə səbəb olur. Özü də bu xəstəliklərə tutulma əllə görüşdükdə və ya virusun düşdüyü nəyinsə səthinə toxunduqda baş verir. Belə olduğu halda, təbii ki, sual yaranır: viruslar və bakteriyalar əşyaların səthində nə qədər vaxt ərzində qalırlar?

 

Aztibb.az “MedikForum” saytına istinadla bildirir ki, adətən, qrip virusu bərk əşyaların səthində daha çox qalır.

 

“Qrip virusları polad və paslanmayan plastikin üstündə 24 saatdan 48 saatadək qalır”, - deyə Arizona Universitetinin İctimai Səhiyyə Kollecinin doktoru Kelli Reynolds söyləyib.

 

Bu isə o deməkdir ki, bizim toxunduğumuz əşyalar, məsələn, sürahilərin səthində viruslar uzun müddət qalır.

 

Reynoldsun sözlərinə görə, qrip virusu parça ilə müqayisədə bərk əşyaların səthində daha çox qala bilir. Alimlərin bununla bağlı yekdil bir fikri olmasa da, hər halda güman etmək olar ki, bu, parçanın həddindən artıq məsaməli olması ilə əlaqədardır. Araşdırmalar göstərir ki, qrip virusu parçada yalnız 8 saatdan 12 saatadək qalır.

 

2008-ci ildə aparılmış tədqiqatlardan məlum olub ki, qrip virusu dərinin səthində uzaq başı 5 dəqiqəyədək qala bilir. Bu onunla bağlıdır ki, dəri mikrobları və virusları məhv edən qoruyucu funksiyaya malikdir.

 

Lakin virus seliyə düşdükdə onun yaşama vaxtı uzanır. Bu baxımdan, məsələn, sadəcə, qapı dəstəyinə toxunma ilə müqayisədə əlin üzərinə asqırma nəticəsində qripə yoluxma ehtimalı daha yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib