Terapevt: Məşhurların təbliğ etdiyi pəhriz bəzən ölümlə nəticələnə bilər
12.04.2024 11:25

Ulduzların təbliğ etdiyi pəhrizlərə riayət etmək təhlükəlidir - bu, nəinki ciddi sağlamlıq problemləri, həm də ölümlə nəticələnə bilər.


Aztibb.az “Life” portalına istinadən xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib. O, müsahibəsində bloger Viktoriya Bonyanın izləyicilərinə açdığı arıqlama sirlərini şərh edib.


Xatırladaq ki, 44 yaşlı Viktoriya Bonya təklif etdiyi prosedurun “ən azı 20 kiloqram arıqlamağa” kömək etdiyini bildirib. O, həmçinin beş gün heç bir şey yemədikdən sonra sosial mediada kütləvi arıqlama nəticələrini nümayiş etdirib.


Həkim bu cür təcrübələrin sensasiya yaratmaq məqsədli olduğunu deyib və insanları onların effektivliyinə inanmamağa çağırıb.


“Başınızı işlədin! Əvvəla, onun yazdıqlarını etdiyi doğru deyil. İkincisi, biz hamımız müəyyən həyat tərzi sürən və bəzi xəstəlikləri olan insanlarıq. Hər şeyi tədricən və ağıllı şəkildə etmək lazımdır”, - deyə həkim məsləhət görüb.


O, detoksların elektrolit balansının pozulması nəticəsində ölümə səbəb olduğunu bildirib. Qeyd edib ki, Boninin təcrübəsi müasir sübuta əsaslanan təbabətlə ziddiyyət təşkil edir və zərərlidir.
“Əgər sənə üç aya sağlam arıqlaya bilərsən desələr, bil ki, bu yalandır”, - deyə A. Myasnikov yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib