Daily Mirror: Ayaq barmaqlarında qabarıqlıq və şişkinlik ürək xəstəliyini göstərir
10.04.2024 13:16

Ayaq barmaqlarının şişməsi və göyümtül rəngi, eləcə də ətrafların şişməsi insan orqanizminin ürək-damar sisteminin müəyyən xəstəliklərinin inkişafından xəbər verir.


Aztibb.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

Terapevt Con Kamminsin fikrincə, ayaqların şişməsi, barmaqların göyərməsi və barmaqlarındakı ağrılı qabarmalar çox vaxt qan dövranının zəif olmasının göstəricisidir:

“Ürək səmərəli işləmədikdə, qan ətraflarda toplana bilər və ayaqlarda maye tutulması kimi simptomlara səbəb ola bilər. Mən şəxsən təcrübədə müşahidə etmişəm ki, mavi barmaqlar qanda oksigen çatışmazlığından xəbər verir ki, bu da ürək problemlərinin mümkün əlamətlərindəndir”.

Ayaqlarda şişkinlik və digər xarici dəyişikliklərin ikinci dərəcəli əlamət olduğu izah edilir. Ürək problemlərinin ilk və əsas əlaməti kəskin sinə ağrısıdır, xüsusən də bu fiziki fəaliyyət zamanı baş verirsə.

“Mənim ən böyük sağlamlıq məsləhətim odur ki, ürək-damar xəstəliklərinin erkən aşkarlanması və müalicəsi nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ona görə də mütəmadi olaraq həkim müayinəsindən keçin”, - deyə terpevt yekunlaşdırıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib