Bədənin səhər yeməyindən “imtina etməsinin” üç səbəbi
10.04.2024 10:44

Yuxu olmaması səbəbindən bədən səhər yeməyindən "imtina edir"

 

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, həkim-endokrinoloq Zuxra Pavlova bildirdiyinə görə, səhər yeməyinin doyumlu olması sağlamlıq üçün çox vacibdir. Amma bəzən səhərlər insanların iştahı olmur. Həkim bunun baş verə biləcəyi əsas səbəbləri sadalayıb.

 

Səhər yeməyi sayəsində maddələr mübadiləsinin normallaşdığını və səhər böyrəküstü vəzilər tərəfindən aktiv şəkildə istehsal olunan kortizolun azaldığını xatırlamaq çox vacibdir.

 

"Əgər biz onları "yedirməsək", o zaman kortizol əzələlərimizi yandırmağa başlayacaq. Bundan əlavə, balanslaşdırılmış səhər yeməyi gündüz və axşam daha az yeməyə imkan verir ki, bu da avtomatik olaraq arıqlayacağınız deməkdir", - həkim qeyd edib.

 

Əvvəla, iştahsızlıq qeyri-sabit və ya qısa yuxu ilə əlaqələndirilir. Əgər kifayət qədər yuxu almasanız, vücudunuz yemək istəməyəcəkdir. Bu, gecələr həddindən artıq yediyiniz üçün də baş verə bilər. Axşam saat 20:00-dan sonra ağır nahar etməməlisiniz.

 

Səhər qəhvə içmək iştahınıza mənfi təsir göstərə bilər. Günə bir stəkan təmiz su ilə başlamaq vacibdir. Səhər yeməyindən bir saat sonra qəhvə içmək yaxşıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev