D vitamininin MÖCÜZƏSİ - Hamilə qadınlar qəbul etməlidir - SƏBƏB/ARAŞDIRMA
05.11.2020 09:43

D vitamini fetusun inkişafı zamanı anadan uşağa ötürülə bilən həyati bir elementdir.

 

Aztibb.az Meddaily.ru-ya istinadən xəbər verir ki, tədqiqatlar nəticəsində fetusun beynin inkişafına kömək etdiyi məlum olub.

 

Bir qadının hamiləlik dövründəki vitamin səviyyələri birmənalı olaraq körpənin IQ ilə əlaqəldir.

 

Belə ki, hamiləlik dövründə vitamin konsentrasiyası nə qədər yüksək olarsa, 4-6 yaş arası bir uşağın IQ səviyyəsi də daha yüksək olur.

 

Bundan başqa, dərisi tünd rəngli olan qadınlarda D vitamini çatışmazlığı riski daha yüksəkdir. Əslində tünd dəridə melanin bolluğu (dəri içərisində günəş işığının təsirindən qoruyan bir piqment) UV radiasiyasının kifayət qədər təsirli bir şəkildə bloklanmasına gətirib çıxarır.

 

Bildiyiniz kimi, D vitamini dəridə UV şüalanmasına cavab olaraq istehsal olunur. Bu səbəbdən tünd dəri tonu ilə azalmış D vitamini istehsalına rast gəlinir.

 

Mütəxəssislər bu vitamin çatışmazlığını qidalanaraq ödəməyin çətin olduğunu vurğulayır. Bununla birlikdə, D vitamini ilə zəngin qidaları rasionunuza daxil etməlisiniz. Bunlar: yağlı balıq, yumurta və vitaminlə zənginləşdirilmiş süd və səhər yeməyi ola bilər.

 

Qərb mütəxəssisləri gündəlik 600 IU D vitamini qəbul etməyi məsləhət görür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub