Yeniyetmələr inkişaf dövründə keçi qoxusu verir - Elmi araşdırma
06.04.2024 15:21

Almaniyada aparılan bir araşdırma körpələrin çiçək, yeniyetmələrin isə keçi qoxusunu üzə çıxarıb.

Aztibb.az xəbər verir ki, “Communications Chemistry” akademik jurnalında dərc edilən və Erlangen-Nürnberg Friedrich Alexander Universitetində aparılan araşdırmada üç yaşdan kiçik 18 körpə ilə 18 yeniyetmənin qoxuları öyrənilib.

Təcrübədə iştirakçılardan paltarlarının qoltuqlarının altına qoyulmuş pambıq lentlərlə bir gecə keçirmələri istənilib. İştirakçılardan həmçinin təcrübədən 48 saat əvvəl ətirdən istifadəni və soğan və ya sarımsaq yeməyi dayandırmaları istənilib. Elm adamları daha sonra laboratoriyada lentlərdə olan kimyəvi birləşmələri araşdırıblar.

Yeniyetmələrdən alınan nümunələrdə tər və sidik qoxusuna bənzəyən küf qoxusu təsbit olunub. Araşdırmada bu, "keçi qoxusu kimi" olaraq təsvir edilib.

Körpələrdə "çiçəkli, ətirli və sabunlu qoxuların" daha çox önə çıxdığı bildirilib. Hər iki qrupdan olan nümunələrdə “ağac qoxusu”nun olduğu da bildirilib.

Təcrübəni aparan Diana Ouisenko bildirib ki, yeniyetmələrdə qoxular tər vəzilərinin daha çox işləməsi və yağ bezlərinin istehsal etdiyi piy ifrazının artması nəticəsində yaranır.

"Bir qoxunun hər zaman hər kəs üçün xoş və ya pis olacağını müəyyən etmək çətindir. Bu insandan insana dəyişən bir məsələdir", deyən D.Ouisenko bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev