COVID-19-la mübarizə torpaq uğrundakı mübarizəmizin bir hissəsi olmalıdır - TƏBİB
04.11.2020 19:36

İnsanlar arasında təmaslar artdıqda virusdan qorunma tədbirlərinə daha ciddi əməl edilərsə, COVID-19-a yoluxma sayında azalma müşahidə olunar.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

 

A.Qurbanov məhz təmasların artdığı şəraitdə insanların virusdan özlərini daha çox qorumasının lazım olduğunu söyləyərək hər kəsi indi daha çox diqqətli olmağa çağırıb:

 

“Bizim səhiyyə sistemimiz COVID-19-la xəstələnmiş ağır xəstələri qəbul edərək yüklənməməlidir. Ola bilər ki, virusdan qorunmayan şəxs COVID-19-a yoluxduqda xəstəliyi yüngül keçirsin. Amma o, infeksiya mənbəyinə çevrilməklə bir neçə nəfəri virusa yoluxdura bilər və o şəxslər gedib ağırlaşmış vəziyyətdə xəstəxanaya düşə bilərlər. Buna görə də indi hər kəs çalışmalıdır ki, xəstələnməsin, xəstəxanaya düşməsin və başqalarının da xəstəxanaya düşməsinə səbəb olmasın. Çünki o xəstəxana bizim ordunun xidmətində olmalıdır. Ona görə də COVID-19-la mübarizə bizim vətən torpağı uğrunda apardığımız mübarizəmizin bir hissəsi olmalıdır. Biz özümüzü qorumaqla sanki vətənpərvərlik hislərimizi də ortaya qoymuş oluruq. Harada olmasından asılı olmayaraq, indi hər kəs bunu fikirləşməlidir. Çünki bu, bizi qələbəyə daha da yaxınlaşdıracaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib