Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
03.04.2024 12:29

ABŞ-ın Vanderbilt Universitetinin alimləri son onilliklərdə ilk dəfə olaraq yeni antibiotik sinfi tapıblar.

Aztibb.az xəbər verir ki, bu barədə “ACS Infectioushoods” jurnalında məqalə dərc olunub.

Mütəxəssislər onu gepotidasin adlandırıblar və o, hələ də klinik inkişaf mərhələsində olan bakterisid agentlərin yeni sinfini təmsil edir.

Bakteriyalar, o cümlədən Escherichia coli səbəb olduğu fəsadsız sidik yolları infeksiyalarının müalicəsində antibiotikin effektivliyinin öyrənilməsinə yönəlmiş 3-cü faza klinik sınaqları müsbət təsir göstərib.

Gepotidasinin öyrənilməsində əsas məqamlardan biri onun E.coli hüceyrələrinə təsiridir. Sübut edilib ki, yeni antibiotik sinfi bakteriya hüceyrələrində giraza və topoizomeraz fermentlərinə ikili təsir göstərir və bu da həmin fermentlərin katalitik fəaliyyətinin inhibə edilməsinə səbəb olur.

Mütəxəssislər qeyd ediblər ki, antibiotiklərə qarşı müqavimət problemi getdikcə aktuallaşır. Bu, bakterial infeksiyalarla mübarizə aparmaq üçün yeni agentlərin yaradılması ehtiyacına səbəb olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev