Araxnoid kistlər beyində nə vaxt və necə əmələ gəlir? Neyrocərrah izah etdi
06.04.2024 12:28

Beyni və onurğa beynini əhatə edən nazik membrana araxnoid membran deyilir. Bu qişa mikroskop altında hörümçək toruna bənzədiyi üçün ona araxnoid membran deyilir ki, bu da qədim yunan dilində hörümçəyə bənzər mənasını verir. Kista - maye ilə dolu olan qovuqcuqdur.

Aztibb.az xəbər verir ki, neyrocərrah Bəhruz Eyvazovun sözlərinə görə, beyin kistası kəllədaxili yer tutan formasiyaların 1%-ni təşkil edir. Onlar adətən 20 yaşından əvvəl əlamətlər göstərir və oğlanlarda qızlara nisbətən 2-3 dəfə çox olur. Avropada aparılan birgə araşdırmada aksiomatitin baş verdiyi orta yaşın 6 yaş olduğu müəyyən edilib.

Qeyd edib ki, beyin kistasının əksəriyyəti anadangəlmədir. Başqa sözlə desək, doğuşdan əvvəl ana bətnində araknoid pərdə iki yerə parçalandıqda baş verir və nəticədə bu nahiyədə maye toplanır. Ana bətnində hamiləliyin 15-ci həftəsində onurğa beyni mayesi araknoid membranın altında dövr etməyə başlayır. Bu prosesdən başlayaraq beyin kistasının inkişafı ehtimalı var.

Baş travmasından sonra (qəza, yıxılma nəticəsində) və beyin iltihabi xəstəliklərindən sonra daha az dərəcədə inkişaf etdiyi də məlumdur. Araxnoid kistlər beynin araknoid membranın olduğu hər yerdə inkişaf edə bilər.

Beyin kistalarının əmələ gəlmə səbəbləri:

- anadangəlmə beyin anomaliyaları,

- beyin travmaları (o cümlədən, doğuş travmaları),

- ilyihablar,

- parazitlər (exinokokk),

- qansızmalar,

- baş beyində qan dövranının kəskin pozulması,

- beyində distrofik və degenerativ dəyişikliklər.

Həkim bildirib ki, xəstəliyin diaqnozu kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans görüntüləmə (MRT) ilə qoyulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev