Daily Mail: Çindən gələn superqonoreya yeni bir pandemiyaya səbəb olacaq
07.04.2024 10:27

Çindən gələn superqonoreyanın (antibiotiklərə davamlı) dünyada yeni pandemiyaya səbəb olub-olmaması ilə bağlı xüsusi ekspert araşdırması aparılıb.

Aztibb.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Tədqiqatçıların fikrincə, bu yaxınlarda COVID-19 pandemiyasının episentrinə çevrilmiş Çin yeni bir yoluxucu xəstəliyi, superqonoreyanı (alimlər bunu belə adlandırdılar) bütün dünyaya yaymaq iqtidarında ola bilər.

CDC (Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri) hesabatında qeyd olunur ki, Çinin 13 əyalətində qonoreya diaqnozu qoyulmuş xəstələrdən götürülən bakteriya nümunələrinin 98%-ə qədəri bütün qabaqcıl antibiotikləri yan keçə bilib. Çində antibiotiklərə davamlı olan ştammın yayılma nisbəti ABŞ, Böyük Britaniya və Kanada ilə müqayisədə təxminən 40 dəfə yüksəkdir.

Elmi qənaətə görə, hazırda Seftriakson bu xəstəliyin müalicəsi üçün yeganə effektiv antibiotik olaraq qalır. Eyni zamanda alimlər qeyd edirlər ki, Çində rezistent bakteriya ştammlarının faizi ona davamlıdır. Tezliklə infeksiyalarla mübarizə üçün tamamilə yeni dərmanların hazırlanmasının tələb olunacağı vurğulanır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev