Türkiyədə karantin rejimi gücləndirilib
04.11.2020 16:00

Türkiyənin 81 vilayətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilib.

 

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi qərarda bildirilib.

 

Yeni məhdudiyyətlərə görə, bazarlar, marketlər, ictimai nəqliyyat, küçə və prospektlər, parklar, alış-veriş mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə nəzarət tədbirləri gücləndiriləcək. 

 

İctimai iaşə müəssisələri, bərbərxanalar, gözəllik salonları, mərasim evləri, idman zalları, internet kafelər, bilyard salonları, əyləncə mərkəzləri, konsert salonları, üzgüçülük hovuzlarının iş vaxtı saat 22:00-dək müəyyən edilib.

 

Eyni zamanda, bütün özəl sektora uzaqdan iş rejiminə keçmək tövsiyə edilib.

 

Qeyd olunub ki, bu gündən etibarən məhdudiyyətlərə əməl etməyən vətəndaş və müəssisələrlə bağlı ölçü götürüləcək.

 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib