Gənc və yaşlı insanlar üçün ideal çəki müəyyən edilib
12.04.2024 10:13

65 yaşdan yuxarı insanlar üçün cüzi artıq çəki optimaldır

 

Orta dərəcədə artıq çəki 65 yaşdan yuxarı insanlarda, xüsusən də şəkərli diabeti varsa, ürək xəstəliyi riskini azalda bilər.


Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Avropa Piylənmə Konqresində (ECO 2024) təqdim edilən araşdırmada bildirlib.


Alimlər orta yaşı 59 olan 23 mindən çox xəstənin məlumatlarını təhlil ediblər. Bədən kütləsi indeksi (BMI) piylənmə və ya az çəki müəyyən etmək üçün istifadə olunur və bədən çəkisinin metrlə boy kvadratına nisbəti kimi hesablanır.


Tədqiqat göstərib ki, 65 yaşdan kiçik insanlar üçün BMI 24 kq/m², yaşlı insanlar üçün isə 27 kq/m² optimal hesab olunur. Bu tapıntılar ürək problemləri riski daha çox olan tip 2 diabetli insanlara da aiddir. Bel ətrafının artması ölüm riskini də artırır.


Orta yaşlı insanlar arasında artıq çəki (BMİ 25 kq/m2 - 29,9 kq/m2) 13 illik təqib zamanı ürək problemlərindən ölüm riskinin 13% artması ilə əlaqələndirilib. BMİ 25 kq/m²-dən az olanlar üçün risk minimal idi, bu normal çəkidir. Bununla belə, 65 yaşdan yuxarı insanlarda artıq çəki diapazonunda BMI ölüm riskini 18% azaldır.


Həkimlər belə nəticəyə gəliblər ki, orta dərəcədə artıq çəkisi olan, lakin piylənməmiş yaşlı insanlar üçün çəki itirmək əvəzinə onu saxlamaq ürək-damar xəstəliklərindən ölüm riskini azaltmaq üçün daha təsirli bir üsul ola bilər.


Müəlliflər, həmçinin piylənmənin ciddi xəstəliklərə qarşı müəyyən qorunma təmin edə biləcəyini irəli sürüblər. Bunun səbəbi, orta dərəcədə artıq çəkisi olan yaşlı yetkinlərin sınıq və yıxılma riskinin azalması və stresli vəziyyətlərin öhdəsindən gəlmək üçün daha çox resurslara malik olması ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib