Mavi zonalarda yaşayan yüzyaşlılar arasında çox məşhur məhsul
11.04.2024 10:12

Tofu yemək insanlarda xərçəngə tutulma riskini azaldır.


Aztibb.az “İzvestiya” nəşrinə istinadən yazır ki, Rusiya Qocalma Əleyhinə Təbabət Cəmiyyətinin prezidenti, herontoloq Svetlana Trofimova tofunu (soya südündən hazırlanan pendir) uzunömürlülük məhsulu adlandırıb.


Həkim izah edib ki, tofu mavi zonalarda yaşayan yüzyaşlılar arasında çox məşhur məhsuldur. “Mavi zonalar” 100 yaşına çatmış insanların ən çox yaşadığı yerdir. Bundan əlavə, tofu yemək xərçəngin inkişafını azaltmağa kömək edir, həmçinin qadınlarda menopozun başlanğıcını ləngidir və simptomlarını yüngülləşdirir.


“Tofu pendirinin tərkibində təbii estrogenlər deyilən maddələr var. Bu maddələr qadın cinsi hormonlarına çox oxşardır. Menopoz zamanı bu pendiri daha çox istehlak edənlər daha az simptomlardan əziyyət çəkirlər. Tofunun tərkibində başqa bir maddə var - lunasin. Eksperimental və klinik tədqiqatlarda o onkoprotektiv təsir göstərən maddə kimi müəyyən edilib. O, xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır və xərçəngə tutulma riskini azaldır”, - deyə herontoloq bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib