Yumurtanın təhlükəsi ilə bağlı davamlı qərəz haradan qaynaqlanır? TƏDQİQAT
31.03.2024 08:03

Amerika Kardiologiya Kollecinin yeni araşdırması nəticəsində məlum olub ki, yumurta, məşhur inancın əksinə olaraq, xolesterolu artırmır və ürək sağlamlığına zərər vermir.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, təcrübədə ürək-damar xəstəlikləri riski yüksək olan 140 xəstə iştirak edib.


Təcrübə iştirakçıları iki qrupa bölünüblər. Birinci qrup həftədə 1-2 yumurta, digər qrup isə - 12 yumurta istehlak edib. Qeyd edək ki, bu yumurtalar D, B vitaminləri həmçinin minerallar və omeqa-3 yağ turşuları əlavə edilmiş gücləndirilmiş yumurtalar olub.


Tədqiqatçılar aşağı sıxlıqlı (“pis”) və yüksək sıxlıqlı (“yaxşı”) xolesterol səviyyələrini qeyd ediblər. Dörd ay ərzində subyektlərin ürək-damar sağlamlığının digər göstəriciləri də izlənilib.


Gücləndirilmiş yumurta qrupunda həm yaxşı, həm də pis xolesterin səviyyələrində bir qədər azalma müşahidə edilmişdir. Bu qrupdakı iştirakçıların ürək zədələnməsi və insulin müqavimətinin göstəricilərində də azalma aşkar edilib. Eyni zamanda, onların qanında vitamin səviyyəsi yüksəlib.


Sual olaraq qalır, bəs yumurtaların təhlükələri ilə bağlı davamlı qərəz haradan qaynaqlanır?


Alimlər və həkimlər belə bir nəticəyə gəliblər: görünür, xolesterol səviyyəsinə mənfi təsir göstərən yumurtaların özləri deyil, onları "müşayət edən" qidalar - kərə yağı, ət ilə tost olub ki, bu da ürəyə zərərlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev