Cell Reports: Yağlı və şəkərli qidalar qadınların sağlamlığına daha az zərər verir
30.03.2024 08:46

Qadınlarda yağlı və şəkərli qidaların pis təsirlərinə müqavimət göstərən qoruyucu mexanizm var.


Aztibb.az xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri “Cell Reports” jurnalında dərc olunub.


ABŞ-dakı Sidars-Sinai Araşdırma İnstitutunda beynəlxalq elmi qrup dişi siçanların erkəklərə nisbətən yağlı və şəkərli qidaların qəbulu nəticəsində yaranan xəstəliklərdən beyin və ürək-damar sistemini daha yaxşı qoruyan müdafiə mexanizminə malik olduğunu aşkar edib.


Təcrübələr zamanı alimlər müəyyən ediblər ki, tərkibində yağlı və karbohidratlı qidalar olan pəhriz ilə dişi siçanların beynində iltihab prosesi başlamır və belə qidaların onların ürək-damar sisteminə dağıdıcı təsiri minimaldır. Eyni pəhriz olan erkəklərdə miyokard və beyin zədələnməsi daha tez-tez ortaya çıxıb.


Tədqiqatçılar hesab edirlər ki, həddindən artıq yemək, yüksək şəkər səviyyəsi və yağ toxumasının tərkibindəki dəyişikliklər təhlükəli çəki artımına səbəb olur.


Alimlərin fikrincə, insanlarda oxşar qoruyucu mexanizmlər var. Onlar fərz edirlər ki, qadınların hamiləlik zamanı təhlükəsiz kökəlmək üçün bu qabiliyyətə ehtiyacı var.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev