İsveç hökuməti koronavirusla mübarizəyə 1,27 milyard dollar vəsait ayırıb
04.11.2020 11:36

İsveç Maliyyə naziri Magdalena Andersson İsveç hökumətinin koronavirusla mübarizəyə maliyyəni ikiqat artırmaq niyyətini açıqlayıb, çünki ölkə COVID-19-a yoluxmanın artması ilə əlaqədar büdcəyə dəyişiklik etməyə hazırlaşır.

 

Aztibb.az İsveç KİV-lərinə istinadla xəbər verir ki, artıq bu gün hökumət büdcəyə dəyişikliyin edilməsi məsələsini müzakirə etmək üçün toplanıb. Dəyişikliklərdən biri, bölgələrin koronavirusla mübarizədə üzləşdiyi tibbi və digər xərcləri maliyyələşdirmək üçün əlavə 10 milyard İsveç kronunun (təqribən 1,27 milyard dollar) ayrılması olacaq.

 

İsveç hökuməti, pandemiya boyunca karantin və lokdaun tədbirini tətbiq etməkdən imtina edib. Lakin sonradan İsveçdəki virus qurbanlarının sayı qonşu ölkələrə nisbətən daha çox olduğu ortaya çıxıb. Yaz aylarında ölüm və infeksiya sayında bir az azalma olmasına baxmayaraq, oktyabr ayından başlayaraq, pandemiya ilə əlaqədar vəziyyət krallıqda yenidən pisləşməyə başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib