Epidemioloq gənə mövsümünün yaxınlaşması ilə bağlı xəbərdarlıq edib
27.03.2024 10:29

Epidemioloq xatırladıb ki, qarşıdan gənə aktivliyi mövsümü gəlir.


Aztibb.az “İzvestiya” nəşrinə istinadən yazır ki, ekspert Yevgeniy Artemenkonun bildirdiyinə görə, isti mövsümün başlaması ilə parklarda və meşələrdə gənələrin aktiv mövsümü başlayır və bu da təxminən apreldən sentyabr ayına qədər davam edir.


Onun sözlərinə görə, gənələrin həyatında aktiv faza günəş şüalarının yer üzünü isitməyə başladığı ilk günlərdən başlayır.


Mütəxəssis əlavə edib ki, gənə dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edən insanların bir qismi kütləvi şəkildə açıq havada gəzintilərə çıxdığı may ayına təsadüf edir. Oxşar çikayətlər bir də sentyabrın ortalarında baş verir.


Adətən gənələr dörd növ infeksiya daşıya bilər. Bunlar gənə ensefaliti, gənə borreliozu (Lyme xəstəliyi), insan monositar erlixiozu və insan qranulositar anaplazmozudur.


“Borrelioz oynaqlara və sinir sisteminə təsir göstərir. Qeyd olunur ki, gənə dişləməsinin qarşısını almaq üçün düzgün geyinmək çox vacibdir: hündür ayaqqabı geyinmək, qolun manşetləri əllərə möhkəm oturmalı, boynunu hündür boyunlu sviter geyinərək və ya şərf bağlamaqla boynunu örtmək daha yaxşıdır. Başınıza papaq taxdığınızdan əmin olun”, - ekspert vurğulayıb.


Geyim açıq rəngdə olmalıdır ki, üzərində gənə asanlıqla görünsün.


Bir gənə bir insanı dişləyibsə, həkimə müraciət etmək lazımdır. İnfeksiyal ehtimalı zamanı analiz həkimlərə təqdim edilməlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev