Daily Telegraph: Yaxın onilliklərdə dünya əhalisi azalmağa başlayacaq
26.03.2024 09:00

Alimlər yaxın onilliklərdə dünya əhalisinin sayının azalacağını proqnozlaşdırırlar.


Aztibb.az “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, yeni araşdırmaya görə, 14-cü əsrdə taun pandemiyasından sonra dünya əhalisinin sayı yaxın onilliklərdə ilk dəfə sürətlə azalmağa başlayacaq.


“Bu, 1300-cü illərin ortalarında 50 milyon insanın, o cümlədən Avropa əhalisinin üçdə birinə qədərinin vəba pandemiyası zamanı ölümündən sonra planetdəki insanların sayının azalacağı ilk hadisə olacaq”, - məqalədə bildirilir.


Qlobal əhali artımını qorumaq üçün orta hesabla qadının neçə uşaq dünyaya gətirdiyini ölçən ümumi doğuş nisbəti 2,1 olmalıdır. 2021-ci ildə əmsal 2,23 idi, lakin ekspertlərin fikrincə, dünyada bu göstəricidə davamlı olaraq azalma tendensiyası müşahidə olunur. 2050 və 2100-cü illərdə ümumi doğuş nisbətinin müvafiq olaraq 1,83 və 1,59 olacağı gözlənilir.


“Bu o deməkdir ki, 2050-ci ildə 204 ölkədən 155-də doğum səviyyəsi əhalini saxlamaq üçün lazım olandan aşağı olacaq”, - material müəllifləri qeyd ediblər.


Bundan əlavə, ekspertlərin fikrincə, 2100-cü ilə qədər yalnız 26 ölkədə doğum nisbəti ölüm nisbətindən yüksək olacaq və “dünyanın əksər ölkəsində əhalinin təbii azalması müşahidə olunacaq”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev