Həkim allergiyanın müalicəsinin müasir üsulundan danışıb
25.03.2024 15:09

Allergiyanın qarşısını almağın ən təsirli üsulu Allergen Spesifik İmmunoterapiyadır


Allergiyanı tamamilə müalicə etmək mümkün deyil, lakin onun gedişatını idarə etmək və simptomları xüsusi immunoterapiyanın köməyi ilə aradan qaldırmaq olar.


Aztibb.az “İzvestiya” nəşrinə istinadən yazır ki, bu fikirləri Rusiya Federal Tibbi və Bioloji Agentliyinin birinci vitse-prezidenti, Rusiya Allerqoloqlar və Kliniki İmmunoloqlar Assosiasiyasının baş direktoru, tibb elmləri doktoru, professor Natalya İlina bildirib.


“Allergen Spesifik İmmunoterapiya (Allergiya Peyvəndi) tozlanma mövsümündə allergiya peyvəndi kimi səbəbkar allergenə qarşı həssaslığı azaltmağa imkan verən profilaktik üsuldur. Heç bir əlamət yoxdur və ya simptomlar minimaldır, məsələn, antihistaminiklər qəbul etməklə asanlıqla aradan qaldırıla bilər ", - deyə professor qeyd edib.
Allergen Spesifik İmmunoterapiya aşağıdakı hallarda aparılır:


- allergik rinit,
- mövsümi allergiyalar,
- rinokonyuktivit,
- atopik dermatid.


Müalicənin prinsipi allergenin kiçik dozalardan başlayaraq orqanizmə yeridilməsidir. Bunun nəticəsi olaraq orqanizmin səbəbkar allergenə qarşı həssaslığı azalır. Bununla da illər boyu allergiyadan əziyyət çəkən xəstələr allergiya əleyhinə preparatlardan daha az istifadə edirlər və ya istifadəsini tamamən dayandırırlar. Spesifik immunoterapiya 3-4 il, ideal halda 5 il müddətində aparılır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev