Müxtəlif ölkələrdə koronavirusa YOLUXMA STATİSTİKASI
04.11.2020 11:06

İtaliyada son sutkada koronavirusdan 353 nəfər dünyasını dəyişib, epidemiya qurbanlarının ümumi sayı isə 39 412 nəfərə çatıb. 

 

Son sutkada yoluxma sayı 28244 nəfər artaraq 759 829-a yüksəlib. 

 

Ölkədə rekord sayda, təxminən 215 mindən çox insan testdən keçib.

 

Türkiyədə son 24 saatda 79 nəfər COVID-19-dan ölüb.

 

Son sutka ərzində 146 247 şübhəli koronavirus testindən keçib, onlardan 2343-nün cavabı pozitiv çıxıb, 1817 xəstə isə sağalaraq evə buraxılıb. Ölkədə ağır xəstə sayı 2386 nəfər olub.   

 

Rusiyada ötən gün daha 19 768 nəfər koronavirusa yoluxub.

 

Ölkədə COVID-19-a yoluxanların sayı 1 693 454 nəfərə çatıb.

 

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 29 217 nəfərə çatıb. 

 

Ermənistanda son sutka ərzində koronavirus infeksiyasına 2 374 yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.

 

Ölkədə COVID-19-a yoluxanların sayı 97 150 nəfərə çatıb.

 

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 448 nəfər, xəstəlikdən sağalanların sayı isə 58 811 nəfərdir.

 

Gürcüstanda isə 2 295 yeni yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 46 817 nəfərə, ölənlərin sayı isə 381 nəfərə çatıb.

 

Koronavirusa yoluxanlardan 31 170 nəfərin sağaldığı bildirilir.

 

Ötən gün Ukraynada 9524 nəfər koronavirusa yoluxub, 199 nəfər bu virusda həyatını itirib

 

Beləliklə, pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 420 min 617-ə çatıb, 176 min 404 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa və Xarkov vilayətlərində qeydə alınıb.

 

 Ölkədə bu infeksiyadan ölənlərin ümumi sayı 7731 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib