İntiharın əsas səbəbi ruhi xəstəlik deyil - TƏDQİQAT
26.03.2024 15:33

Kolumbiya Universiteti və Berkli Kaliforniya Universitetinin alimlərinin birgə apardıqları araşdırmaya görə, müəyyən edilib ki, fiziki sağlamlıq problemləri intiharlarda əsas rol oynayır.


Aztibb.az “ JAMA Psychiatry” jurnalına istinadən xəbər verir ki, tədqiqat 2003-2020-ci illərdə ABŞ-da 306 800 intiharla bağlı məlumatları təhlil edib. Alimlər intihar edən insanlar arasında beş fərqli risk faktoru modelini müəyyən ediblər. Onlar aşkar ediblər ki, bütün ölümlərin təxminən üçdə biri heç bir sənədləşdirilmiş psixi pozğunluğu və ya antidepresan istifadəsi olmayan, lakin fiziki problemləri olan insanlarda baş verib.

 

Fiziki xəstəliklə üzləşən bu qrup insanlar son iyirmi ildə intihar nəticəsində ölən bütün alt qruplar arasında ən böyük və ən sürətlə böyüyən qrup olmuşdur.


Tədqiqatın aparıcı müəllifi və əhali sağlamlığı elmləri üzrə dosent Yunyu Xiao hesabatında bildirib: "Biz əvvəllər intiharın yalnız psixi xəstəliklə əlaqəli olduğunu düşünürdük, lakin araşdırmamız göstərir ki, qurbanların əhəmiyyətli bir hissəsində fiziki problemlər var".


Tədqiqat həmçinin psixi pozğunluğu olan insanlar, narkotik maddələrdən sui-istifadə edənlər, çoxlu maddələrdən sui-istifadə edənlər və şəxsi həyatlarında böhran və ya münaqişələrlə üzləşənlər də daxil olmaqla, dörd digər risk alt qrupu müəyyən edib.


Araşdırmaya görə, risk altında olan insanların müəyyən edilməsi və intihara cəhd etməzdən əvvəl onların qarşısını almaq üçün tədbirlər görmək vacibdir. Ancaq intihar edənlərin çoxu bunu ilk cəhddə edir.


Tədqiqatın əsas nəticələrindən biri intihar üsullarında gender bərabərsizliyidir. Kişilər, xüsusən də fiziki problemlərlə üzləşənlər odlu silahdan istifadə etməyə üstünlük verirlər. Bu, cinsi və digər xüsusiyyətləri nəzərə alan intiharın qarşısının alınması üçün fərdi yanaşmaların zəruriliyini vurğulayır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev