Koronavirus əllərdə və ayaqlarda göyərmələrə səbəb olur - Araşdırma
04.11.2020 11:15

Aparılan tədqiqatlara görə, koronavirus infeksiyası xəstələrin əl-ayaq barmaqlarına qırmızı və bənövşəyi ləkələr, qabarcıqlar sala bilər.

 

Aztibb.az independent.co.uk saytına istinadla xəbər verir ki, pandemiyadan əvvəl bu cür hallar donmanın nəticəsi olaraq qəbul edilirdi. Lakin COVID-19 xəstələrinin sayının artması, həm də isti vaxtlarda daha çox insanın belə bir simptomdan şikayət etməsi həkimləri səfərbər edib. Tədqiqatçılar koronavirus xəstələri arasında barmaqlarında qırmızı və bənövşəyi qabarcıqlar yaranan 12 000 adam qeydə alıb. Xəstələr bu şişlərin ağrıdığını, ancaq ümumiyyətlə qaşınmadığını və qırmızılıq yox olduqdan sonra dərinin üst qatlarının soyulduğunu söyləyib.

 

Maraqlıdır ki, xəstələrin COVID-19 testlərinin cavabları mənfi olsa da, virus endotelial hüceyrələrdə və tər vəzlərində tapılıb. Beynəlxalq Dermatoloji Cəmiyyətlər Liqası və Amerika Dermatologiya Akademiyası qabarcıq və rəng dəyişməsinin 15 gün davam edə biləcəyini, ancaq bəzən 130-150 günə qədər qaldığını qeyd edib.

 
Tədqiqatçıların sözlərinə görə, bu əlamət xüsusən də simptomları olmayan xəstələrdə koronavirusu aşkar etmək üçün əsas ola bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib