Böyrək xərçənginə hansi amillər təkan verir?
25.03.2024 08:20

Böyrək xərçəngi bütün aşkar edilmiş bədxassəli yenitörəmələrin 4%-ni təşkil edir. Böyrək şişləri əsasən 50-70 yaşlı şəxslərdə qeydə alınır. Lakin, buna baxmayaraq, bu xəstəlik yeniyetmələrdə və hətta uşaqlarda da inkişaf edə bilər.


Aztibb.az xəbər veri ki, onkouroloq Teymur Musayevin sözlərinə görə, kişilərdə böyrək şişləri qadınlara nisbətən bir az daha çox, eəcə də şəhər əhalisində kənd əhalisinə nisbətən sıx rast gəlinir.


Həkim aşağıdakı amillərin böyrək xərçənginin inkişafına təkan verdiyini bildirib:


- Tütünçəkmə (siqaret) böyrək xərçənginin inkişafı ilə bağlı olan ən ciddi risk faktorlardan biridir. Tütündən istifadə etməyənlərlə müqayisədə ondan istifadə edənlərdə (məs., siqaret çəkənlərdə) böyrək xərçənginin inkişaf ehtimalı təxminən 2 dəfə çoxdur;
- Piylənmə, xüsusilə qadınlarda;
- Ağrı kəsicilərindən sui-istifadə;
- Peşə amilləri. Bu xəstəlik riski metallurgiya və dəri sənayesində, azbest və kadmiumla işləyənlər arasında daha yüksəkdir. Son amillərin təsiri çox böyük olmadığını və bütün mütəxəssislər tərəfindən tanınmadığını vurğulamaq lazımdır;
- İrsi (ailə üzvlərində qeydə alınıb) böyrək xərçəngi hallarında özünü göstərən genetik amillər (məsələn, Von Hippel-Lindau sindromu). Bu hallar aşaıdakılarla səciyyələnir: xəstəliyin gənc yaşda inkişafı, şişlərin adətən hər iki böyrəkdə mövcud olması və böyrəkdə bir çox xərçəng ocağının meydana çıxması.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir