Şəkər xəstəliyinə görə gözləri tutuldu: 13 ildən sonra görmə qabiliyyətini bərpa etdi
22.03.2024 17:52

Şəkər xəstəliyindən sağ gözündə görmə qabiliyyətini itirən və tor qişasında damar tıxanıqlığı səbəbiylə gözün arxasında qanaxma keçirən 61 yaşlı Nihal Gültəkin 13 ildən sonra müvəffəqiyyətli torlu qişa əməliyyatı ilə yenidən görməyə başlayıb.


Aztibb.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, göz içi tətbiqləri nəticəsiz qalan Gültəkin probleminə çarə axtararaq xəstəxanadan xəstəxanaya gedib.Çanaqqalada yaşayan və 48 yaşında sağ gözündə görmə itkisi olan Nihal Gültekin itirdiyi gözünün işığını bərpa etmək üçün nəhayət müalicə almağa başlayıb.


Ətraf vilayətlərdəki xəstəxanalarda nəticə ala bilməyən və sağ gözündə görmə nisbəti yüzdə 1-in altına düşən Gültəkin məsləhətlə İstanbul Biruni Universiteti Xəstəxanası Göz Sağlamlığı və Xəstəlikləri Bölümünə gedib.


13 ildən sonra gələn işıq


Gültekin Biruni Universiteti Xəstəxanası Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Mehmet Giray Ersözün uğurlu əməliyyatı ilə 13 ildən sonra yenidən görməyə başlayıb.


Gültekinin uzun illərdir sağ gözünün görmə qabiliyyətini itirdiyini deyən həkim, buna şəkər xəstəliyi və tor qişada damar tıxanıqlığı səbəb olduğunu bildirib.


Müayinə zamanı damar tıxanıqlığı səbəbiylə gözün arxasında qanaxma təsbit etdiklərini izah edən həkim qanaxmanın uzun illər gözdə qaldığını, xəstənin əməliyyat olunmadığını, getdiyi klinikalarda göz içi iynə tətbiqlərinin fayda vermədiyini bildirib:


"Tor qişa əməliyyatı etdik. Onun da kataraktası var idi və biz də eyni əməliyyatda kataraktı çıxardıq. Pasiyentimizdə vitrektomiya və katarakta əməliyyatı etdik. Nəticədə əməliyyat zamanı göz nahiyəsinə yapışmış qanı təmizlədik. Qan gözdəki gelə tam hopmuşdu, təmizlədik. Bir də ki, pərdələr var idi. Mikrocərrahiyyə ilə retinanı dartıb çəkən pərdələri çıxardıq. Əməliyyatdan sonra pasiyentimiz yüzdə 20 görmə qabiliyyətinə çatdı ki, bu da xəstənin bütün gündəlik işlərini görməsinə kifayət edir”.


Gültəkin həkiminə və xəstəxana işçilərinə təşəkkür edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev