Neyromüxtəliflik - Fərq, qüsur deyil!
22.03.2024 13:42

Üçölçülü obyektləri zehni olaraq təsvir etmək, mürəkkəb riyazi hesablamaları asanlıqla həll etmək bacarığı... Amma digər tərəfdən, öyrənmə çətinlikləri yaşamaq... Bu vəziyyətd’ olan insanlar "neyromüxtəlif" yaşayır.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, fərdlərin beyin strukturlarının və funksiyalarının müxtəlifliyini qəbul edən bu yanaşma Tourette sindromu, DEHB, autizm və öyrənmə qüsurları da daxil olmaqla bir çox nevroloji və idrak fərqlərini əhatə edir. Bu sindromlardan bir neçəsinin olması neyromüxtəlifliyin əlamətlərini də artırır.


Neyromüxtəliflik ilk dəfə 1998-ci ildə autistik sosioloq Cudi Singer tərəfindən istifadə edilən bir anlayışdır. Son illərdə aparılan araşdırmalara görə, neyromüxtəliflik kifayət qədər yayılıb.Təkcə müəyyən bir qrupa deyil, bütün cəmiyyətə yayıldığı üçün maarifləndirmə və dəstək tələb olunur. Xüsusən də uşaqlıqda. Bəs nəyə görə uşağın neyromüxtəlif baxımından tanınması vacibdir?


Neyromüxtəlif uşaq beynində mürəkkəb riyazi problemləri həll edə bilər, lakin digər tərəfdən öyrənmə çətinlikləri də ola bilər. İstedadlarının fərqinə varılmadığı hallarda, uğursuzluq və həmyaşıdlarının zorakılığı ilə mübarizə aparmalı olur.


Biz uşaq nöqteyi-nəzərindən aşkarlanması vaxt apara bilən neyromüxtəliflikdən bəhs edirik.


Professor Deniz Yüksel 5 sualda neyromüxtəlifliyi izah edib:


Neyromüxtəliflik fərdlərin fərqli qabiliyyət və ehtiyaclara malik ola biləcəyini ifadə etsə də, bəzi hallarda fərdlərin dəstəyə ehtiyacı ola bilər. Bir çox nevroloji və koqnitiv fərqlər neyromüxtəlifliyə daxildir.


Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB), Autizm spektri pozğunluğu (ASD), disleksiya (oxumaqda çətinlik), diskalkuliya (riyaziyyatda çətinlik), disqrafiya (yazma çətinliyi), dispraksiya (koordinasiya çətinliyi), bipolyar kompulsif pozğunluq, obsesslər , Tourette sindromu, xüsusi öyrənmə qüsurlarını və digər sensor, idrak, sosial və davranış fərqlərini əhatə edir.


Neyromüxtəlif liyi olan uşaqların fərqli qabiliyyətlərə malik olduğunu söyləmək olarmı?


Belə uşaqlar tez-tez həmyaşıdlarından fərqli qabiliyyətlərə malik ola bilərlər. Neyromüxtəlifliyi olan uşaqların ailələri bunun xəstəlik və ya qüsur deyil, fərqli olduqlarını bildikdə, onlar daha xoşbəxt olurlar və karyeralarında daha yüksək uğurlara nail olurlar.


Autizm spektri pozğunluğu olan bəzi uşaqlar riyaziyyat və ya musiqidə üstün qabiliyyətlər göstərə bilər, lakin digər sahələrdə zəif ola bilərlər. Eynilə, disleksiya və ya diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu (DEHB) kimi şərtləri olan uşaqlar da müəyyən qabiliyyətlərdə fərqlər göstərə bilər.


Disleksiyası olan insanlar oxumaqda çətinlik çəkirlər, çünki onların beyinləri disleksiyası olmayan birinin beyni kimi yazılı dili emal etmir. Bununla belə, disleksiyası olan insanlar tez-tez 3D obyektləri manipulyasiya etməkdə və ya zehni olaraq təsvir etməkdə daha yaxşı ola bilərlər. Bu, optik illüziyaların aşkar edilməsini daha sürətli edə bilər və disleksiyası olan insanlara qrafik dizayn, sənət, mühəndislik və s. haqqında daha çox məlumat əldə etməyə imkan verir. Bu, onları uğurlu edə bilər, çünki biznesdə təbii istedada malikdirlər.


Buna görə də, neyromüxtəlifliyi qəbul etmək və hər bir uşağın unikal qabiliyyətlərə malik olduğunu başa düşmək vacibdir. Fərqli qabiliyyətlərə malik uşaqların güclü tərəflərini tanımaq və inkişaf etdirmək onların özlərinə inamını artıra və uğurlarına töhfə verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev