Novruz tətilindən sonra işə necə adaptasiya olmalı? - Psixoloq izah etdi
21.03.2024 11:55

Novruz tətili uzun olduğundan adətən işgüzar insanlar tətildən sonra işə alışıncaya qədər psixoloji narahatlıqla üzləşirlər.

Aztibb.az xəbər verir ki, psixoloq Günay Kərimi istirahət, tətil, bayram günlərindən sonra həm fiziki, həm də zehni dincəlməyin çox vacib olduğunu tövsiyə edir.

“Ancaq tətil bitdikdən sonra yenidən iş rejiminə qayıtmaq, adaptasiya olmaq bəzilərimizə çox çətin gəlir. Tətildən sonra işə adaptasiya ola bilməməyimiz gördüyümüz işə də öz mənfi təsirini göstərir”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, insanlar tətil zamanı bol qidalanmağa, yatmağa üstünlük verirlər. Ona görə, işə başlayarkən ən çox yuxusuzluqdan əziyyət çəkirlər.

“Təbii ki, işə adaptasiya ola bilməyən insanda ilk gün yorğunluq, halsızlıq, həvəssizlik, əsəbilik halları da olur. İşini çox sevən insanlarda isə bu hallara rast gəlinmir. Çünki onlar işin başlamasını həvəslə gözləyirlər, ona görə də daha tez adaptasiya ola bilirlər”.

Psixoloq qeyd edib ki, adaptasiya problemi yaşayan insanlar buna psixoloji hazır olmalıdırlar. İlk iş günündən başlayaraq çox işləyib özlərini yormamalı, ağır iş rejiminə girməməlidirlər. Çünki zehnimizi aram-aram bu rejimə hazırlamalıyıq. Əks halda tətil zamanı yığdığımız enerjini da daha tez xərcləmiş olarıq. Bu zaman da işə adaptasiya olmaqda çətinlik çəkəcəyik.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev