Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
20.03.2024 14:38

Səməni ilə sağlamlığınızın qayğısına qala bilərsiniz. Səməni cücərməyə başlayanda ondan müxtəlif şirniyyatlar hazırlanır.

Aztibb.az xəbər verir ki, həkim Kəmalə İbrahimovanın sözlərinə görə, dünyaca məşhur həkimlər buğda cücərtisinin gənclik iksiri olduğunu bildirirlər.

"Bu qida immunitet sistemini gücləndirir, xərçəng riskini azaldır. Buğda cücərtisi sağlamlıq üçün ən faydalı maddələrdən biri olan “klorofil” ilə zəngindir. Buğda cücərtisində 17 fərqli amin turşusu, A, D, E, K vitaminləri, 92 növ mineral və bir çox ferment var. Buğda cücərtisinin ehtiva etdiyi klorofil hüceyrə və toxumaları təmizləyir, yeniləyir. Orqanizmdə toplanan kimyəvi maddələrin atılmasına kömək edir. Qaraciyəri təmizləyir", - deyə həkim bildirib.

Qeyd edib ki, tədqiqatlara əsasən təxminən, 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni effektə malikdir. Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisindən daha yaxşı heç nə yoxdur. Buğda cücərtisi ağciyər üçün də faydalıdır. Belə ki, qan hüceyrələrinin sayını artırdığı üçün orqanizmin oksigenlə daha yaxşı təmin olunmasına səbəb olur.

Ürək-damar sistemini gücləndirən buğda cücərtisi arıqlamağa da kömək edir. Portağaldan 60 qat çox C vitamini, ispanaqdan 8 dəfə çox dəmir ehtiva edir.

Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içərək gənc və sağlam qalmaq mümkündür. Bu şirəni ağızda 5 dəqiqə saxladıqda diş ətini təmizləyir, dişləri gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz iltihabı aradan qalxır. Buğda cücərtisinin yemək və şirəsini içmək saçların ağarmasını ləngidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev