Novruz günləri diyetoloqdan sağlam qidalanma tövsiyələri
20.03.2024 07:14

Bayrama ən ciddi hazırlıq mətbəxdə gedir, müxtəlif şirniyyatlar hazırlanır, şəkərbura, paxlava, qoğal bişirilir. Bundan başqa, bayram süfrəsinin meyvələri, qoz-fındığı ilə yanaşı, plov, dolma kimi yeməkləri, salatları olur.

Aztibb.az xəbər verir ki, diyetoloq Leyla Zülfüqarlının sözlərinə görə, adətətn süfrəyə oturan insanlar bütün yeməkləri eyni vaxtda dadmağa çalışır: "Qazlı sular, salatlarla bərabər qəbul olunan plov və dolma, üzərindən şəkərbura və paxlavalı çay, meyvə, ardından çərəzlər... Bu qədər yüksək kalorili yemək və şirniyyatın qəbulu ilə özümüzə hansı pisliyi etmiş oluruq?"

Ekspert qeyd edib ki, insanlar bilməlidirlər ki, 1 ədəd şəkərburanın kalorisi 600-650 kaloridir. Bir porsiya plovun da kalorisi eynən bu qədərdir. Plov yeyərkən ən azı insanlar bunun ağır yemək olduğunu bilir, ancaq qoğal, şəkərbura, paxlavaya qətiyyən məhdudiyyət qoymurlar, ölçüsüz qəbul edirlər. Hər çay içəndə paxlava, şəkərbura yeyilir”.

Dietoloq onu da vurğulayıb ki, yemək və çay öyünlərini qarışdırmaq olmaz: “Şəkərbura ilə çay içmək elə bir öyün yeməyə bərabərdir. Ona görə də, bunu yeməyin ardınca yox, ara öyünlərdə qəbul etmək daha doğru olar. Ümumiyyətlə, yemək mədəniyyəti baxımından yağlı yeməklərin yanında çay içmək doğru deyil. Ən önəmli məsələ isə ölçünü itirməməkdir. Əgər az miqdarda şirniyyat qəbul etsələr, zaman keçdikcə onu yandırmaq da olar. Əsas problem ölçüdədir. Paxlava və şorqoğal da hərəsi 700 kaloridir. Yəni Novruz ağır karbohidratlı qidalar bayramıdır. İnsanlarımız nəzərə almalıdırlar ki, bayram bir gün deyil, günlərlədir.

"Yaxşı olar ki, şirniyyatları səhər qəhvəaltısında yemək olar, axşam 8-dən sonra isə şirniyyat qəbul etməmək məsələhətdir. Bu zaman müxtəlif salatlardan yemək olar. Şirniyyat günün birinci yarısında yeyilməlidir. Bayram süfrəsində şirniyyatlarla yanaşı, meyvə də aşırı dərəcədə qəbul olunur. İnsanlarımız bilməlidir ki, meyvələrin də tərkibində şəkər var. Hətta qoz-fındıq da eyni vaxtda yeyilir. Bununla da şəkər yükü ilə mədəaltı vəzi bombardman etmiş oluruq.

Çərəzlərə gəlincə, gündəlik normaya görə, hər birindən bir ovuc yemək olar. Çərəzləri də qarışdırmaq olmaz. Bir gün qoz, bir gün fındıq, bir gün badam qəbul etmək olar. Onları qarışdırdıqda kalori çoxalır, ona görə insanlar bayramda kökəlirlər. Artıq insanlar çəki artımını öncədən nəzərə alırlar. Ancaq normal qidalanmaqla artıq çəki almaqdan da qurtula bilərik”.

Dietoloqun əlavə edib ki, bu deyilənlərə əmək etməklə, sevimli Novruz bayramını sağlığımıza zərər vermədən qeyd edə bilərik. Lakin ölçünü nəzərə almasaq, bayram bizim üçün təhlükəli gələcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev