Braziliyada qızdırma halları 1,68 milyona çatıb
16.03.2024 18:17

Braziliyada ilin əvvəlindən bəri denge qızdırması hallarının sayı 1,68 milyona çatıb ki, bu da 2023-cü ilin göstəricisindən çoxdur.


Aztibb.az “Medzdrav.İnfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.


Departamentin məlumatına görə, ölkədə ümumilikdə 1 684 781 denge xəstəliyinə yoluxma halı müəyyən edili. 14500-dən çox insana şiddətli qızdırma diaqnozu qoyulub. Ölüm səviyyəsi - 0,03% təşkil edir.


2023-cü ildə Braziliyada ümumilikdə 1.658.814 denge xəstəliyinə yoluxma halı müəyyən edilib.


Denge tropik və subtropik bölgələrdə üstünlük təşkil edən viral infeksiyadır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpgi, baş ağrısı və bel ağrısıdır.


Qızdırmanın hemoragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virus Aedes aegypti növünün ağcaqanadları tərəfindən ötürülür.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev