Neyroreabilitasiya nədir?
16.03.2024 08:26

Neyroreabilitasiya – pasiyentlərin keçirilmiş insult, baş beyin və onurğa beyinin travmatik zədələnməsi, periferik sinir sisteminin zədələnmələrindən sonra periferik neyropatiyaları, vertebrogen nevroloji sindromları, uşaq serebral iflici (SP), dağınıq skleroz, Parkinson xəstəliyi. Gentinqton xəstəliyi, hərəkət neyronu xəstəlikləri, sinir sisteminin irsi xəstəlikləri (torzion disyoniya, beyincik ataksiyaları) polineyropatiyalar, əzələ xəstəlikləri, vertebrogen nevroloji sindromlu xəstələrin bərpası ilə məşğul olan tibbi reabilitasiyanın bir hissəsidir.

Aztibb.az-a Bakı Bərpa Mərkəzindən verilən məlumata görə, prosedur zamanı formalaşmış nevroloji qüsurun müşahidə olunduğu xəstəliklər üçün (məsələn, insult, baş beyin və onurğa beyinin travmaları) və proqressivləşən degenerativ və irsi xəstəliklər üçün (Parkinson xəstəliyi, hərəkət neyronu xəstəlikləri və s.) məqsəd və vəzifələr müxtəlifdir.

Belə ki, insult, baş beyin və onurğa beyinin travmaları, periferik neyropatiyalar və pleksopatiyalar, vertebrogen radikular və spinal sindromlar, uşaq serebral iflicinin daxil olduğu birinci qrup xəstəliklər üçün reabilitasiyanın əsas məqsədi xəstəlik, travma nəticəsində pozulmuş funksiyaların tam bərpasının əldə olunmasından və ya bu real olmadıqda – əlilin fiziki, psixi və sosial potensialının optimal realizasiyası, onun cəmiyyətə adekvat inteqrasiyasından ibarətdir.

Neyroreabilitasiya hazırda müasir təbabətin prioritet inkişf istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu, ilk növbədə motor qabıqda onun zədələnmələri zaman plastik proseslərin fundamental əsasları sahəsində ixtiralar ilə bağlıdır.

Heyvanlar üzərində aparılan neyrofizioloji və neyroanatomik tədqiqatlar, eləcə də insanda beyin kartlanmasının vizualizasiya və digər qeyri – invaziv metodları böyük fərdin beyin qabığının əhəmiyyətli funksional yenidənqurmaya qadir olmasının təkzibedilməz dəlillərini təqdim edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir