Geniş yayılmış bir xəstəlik olsa da xəstələrin 1/3-də diaqnoz edilə bilər
15.03.2024 15:53

Fibromialgiya sindromu diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan xroniki bir ağrı sindromudur.

Aztibb.az-a Bakı Bərpa Mərkəzindən verilən məlumata görə, xəstəliyin ən əsas simptomu geniş yayılmış əzələ ağrılarıdır və insanların gündəlik həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Digər simptomlarına da zəiflik, halsızlıq, yuxu pozğunluğu, iş vaxtının azalması, bağırsaq fəaliyyətinin pisləşməsi, səhər yuxudan yorğun oyanmaq və sərtlik daxildir.

Fibromialgiya müalicəsi üçün çoxşaxəli bir yanaşma tələb olunur. Müalicə proqramı revmatoloji mütəxəssisi, fizioterapiya və reabilitasiya mütəxəssisi, psixoloq, peşə terapevti, fizioterapevt ilə əməkdaşlıqda təyin olunmalı və həyata keçirilməlidir.

Zərurət olduqda digər şöbə həkimlərindən məsləhət dəstəyi alınır və müalicə çoxşaxəli bir istiqamətə yönəldilir.

Dərman terapiyasına əlavə olaraq, məşq, masaj, fizioterapiya tətbiqləri də müalicə proqramına daxil edilə bilir. Müalicə ağrı və yorğunluğu azaltmaq, depressive simptomları aradan qaldırmaq və digər simptomları minimum endirmək üçün planlaşdırılır.

Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə xəstələrin 1/3-də diaqnoz edilə bilər. Xəstəliyin müalicəsində sağlam qidalanma, müntəzəm məşq, istirahət təsirli olur, lakin avtonom sinir sistemini tənzimləmək üçün fizioterapiya və reabilitasiya proqramlarına ehtiyac duyulur.

Adətən 20-40 yaş arasında meydana gələn bu xəstəlik qadınlarda kişilərə nisbətən 7 dəfə çoxdur. Həyatı dözülməz hala gətirən bu narahatlıqda bəzi xəstələr ağrıkəsicilər, masaj, yüngül məşqlər, akupunktur kimi müxtəlif müalicə üsulları ilə rahatlama tapa bilərlər.

Əgər göstərilən fibromiologiya simptomlarını özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev