Kökəldiyini zənn etdi, qarnından 5 kiloqramlıq şiş çıxdı
15.03.2024 14:00

Uzun müddətdir qarın ağrısından şikayət edən 38 yaşlı Əzizə Bayraktarın qarnından təxminən 5 kiloqram 40 santimetr uzunluğunda mioma (uşaqlığın içərisində inkişaf edən xoşxassəli şiş) çıxarılıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, xəstəliyi ilə əlaqədar professor Yavuz Şimşəyə müraciət edən Ə.Bayraktarın ultrasəs və MRT nəticələrində uşaqlıq yolunda böyük bir kütlənin olduğu aşkarlanıb.

Ankarada özəl xəstəxanada 6 gün əvvəl həyata keçirilən əməliyyatda qadının uşaqlığı və yumurtalıqları qorunub və kütlə çıxarılıb.

Professor bildirib ki, xəstə kökəldiyini və ödem olduğunu düşünür. Xanımın ultrasəs müayinəsi zamanı uşaqlıq yolundan çıxan və ölçülə bilməyəcək qədər böyük olan və qasıq nahiyəsindən mədəyə qədər uzanan böyük bir kütlə gördük. Xəstəmizi dərhal əməliyyat etdik:

“Çətin cərrahiyyə əməliyyatı oldu. Pasiyentimiz uşaqdır. Bütün ətraf toxumalardan onikibarmaq bağırsağa qədər yapışmalar var idi. Ətrafdakı orqanlara zərər vermədən, uşaqlığın qorunması ilə əməliyyatı 2 saata başa çatdırdıq".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev