Zeytun yarpaqlarının şəkər xəstəliyinə qarşı effektivliyi elmi sübut olunub
15.03.2024 13:21

Elm adamları zeytun yarpaqlarından 2-ci tip diabetdə sağlam bədən toxumalarının saxlanmasına kömək edə biləcək yeni preparat hazırlayıblar.

Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan tədqiqat zeytun yarpağı ekstraktının (OLE) üç genotipinin - pikual, tofaca və şemlalinin antioksidant xüsusiyyətlərini qiymətləndirmək məqsədi daşıyır. Əsas məqsəd 2-ci tip şəkərli diabetin müalicəsi və qarşısının alınmasında bu ekstraktların potensial aktivliyini və onunla əlaqəli nəticələrini müəyyən etmək olub.

Tədqiqat antioksidan aktivliyi müəyyən etmək üçün üç fərqli metoddan istifadəni, həmçinin alfa-qlükozidazın inhibitor fəaliyyətinin və in vitro hemolizdən qoruyucu fəaliyyətin qiymətləndirilməsini əhatə edib. Kişi siçovullarında in vivo təcrübələr OLE-nin qanda qlükoza və qlikasiya olunmuş hemoglobin səviyyələrini, lipid parametrlərini və qaraciyər funksiyasını bərpa etmək potensialını təsdiqləyib.

Təhlil göstərib ki, zeytun yarpağı ekstraktlarında əhəmiyyətli miqdarda fenollar və flavonoidlər var, ekstrakt isə xüsusilə diqqəti cəlb edir. Hər üç genotip əhəmiyyətli antioksidant fəaliyyət göstərib və həmçinin alfa-qlükozidaz fəaliyyətini inhibə edib.

Təcrübələr həmçinin göstərib ki, OLE-nin tətbiqi və onun metforminlə kombinasiyası qanda qlükoza səviyyəsini və qaraciyərin fəaliyyətini normala yaxınlaşdırır. Histoloji müayinə OLE və onun metforminlə kombinasiyasından istifadə etməklə qaraciyər, böyrək və mədəaltı vəzi toxumalarının uğurlu bərpasını təsdiqləyib.

Aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlmək olar ki, OLE və onun metforminlə kombinasiyası antioksidant fəaliyyətinə görə 2-ci tip şəkərli diabetin müalicəsi üçün perspektivli agentlərdir. Bu, OLE-nin müstəqil agent kimi və ya 2-ci tip diabetin müalicəsində köməkçi terapiya kimi istifadəsi üçün potensial perspektivlər açır.

Tədqiqatda Misir, Malayziya və Rusiyadan olan alimlər iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev