İnsultdan sonra reabilitasiya vacibdir
23.03.2024 10:37

Reabilitasiya insultdan sonra normal həyata qayıtmağa kömək edir.

Aztibb.az xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində t.ü.f.d. Varlam Çoqovadze bildirib ki, insult və ya ciddi beyin travması almış bir insanın müalicəsi döyüşün yalnız yarısıdır. Onu normal gündəlik həyata qaytarmaq üçün reabilitasiya vacibdir.

O qeyd edib ki, tibbi reabilitasiya mürəkkəb, çoxmərhələli və çoxsəviyyəli prosesdir. Və hər bir xəstəyə çoxşaxəli mütəxəssislər qrupu baxmalıdır.

“Mərkəzi sinir sistemi zədələnən xəstələrdə təkcə hərəki qabiliyyətlər deyil, nitq, görmə, idrak funksiyaları da pozula bilər. Buna görə də xəstə ilə işləyən komandaya fizioterapevt, loqoped, peşə terapevti, tibbi psixoloq, neyropsixoloq və digər mütəxəssislər daxildir”, - V.Çoqovadze bildirib.

Bir qayda olaraq, əlsər ölkələrdə xəstələr icbari tibbi sığorta vasitəsilə tibbi reabilitasiyadan pulsuz keçə bilirlər.

Xəstələrin insult sonrası reabilitasiyası adətən aşağıdakılardan ibarətdir:

• insult sonrası fəsadların (ilk növbədə kontrakturaların) profilaktikası,
• itirilmiş hərəkətlərin bərpa edilməsi,
• yerişin bərpa edilməsi,
• nitqin bərpa edilməsi,
• psixoloji və sosial readaptasiya,
• məişətdə müstəqillik,
• əmək qabiliyyətinin bərpası, yəni xəstənin normal həyat tərzinə maksimal şəkildə qaytarılması.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev