Bu hallarda  sizin üçün oruc tutmaq risklidir
16.03.2024 09:45

Həkim-diyetoloqlar ramazan ayında oruc tutmağın kimlər üçün riskli olduğunu açıqlayıblar.


Aztibb.az "Premium Clinic"in məlumatına istinadən xəbər verir ki, aşağıdakı kateqoriyalara daxil olanlar əsla oruc tutmamalıdırlar:


- Hamilələr
- Uşaq əmizdirən analar
- Şəkər xəstələri
- Ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar
- Xroniki xəstəliklərdən əziyyət çəkənlər
- Ciddi psixoloji problemləri olanlar
- Yetkinlik yaşına çatmayan uşaqlar
- Kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələri
- Təzyiq xəstələri


“Oruc tutmaq uzun müddət susuz qalmaq deməkdir. Bu isə qan dövranına mənfi təsir edir. Əgər oruc tutarkən təzyiqiniz tez-tez yüksəlir və ya aşağı enirsə, bu orucun sizin üçün riskli olduğundan xəbər verir.


Mütəxəssislər ürək xəstələrinin qış və payız aylarında oruc tuta biləcəklərini, ancaq yay aylarına düşən Ramazanda oruc tutmamalı olduqları qənaətindədir.


Bundan əlavə, 18 yaşı tamam olmamış uşaqlar və yaşlılar da oruc tutmamalıdırlar. 18 yaşı tamam olmamış uşaqların qidalanma rejimini dəyişdirməsi düzgün deyil. Özünü sağlam və güclü hiss edən qocalar oruc tuta bilərlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev