Fəqərəarası disk yırtığı hansı halda və kimlərdə yaranır?
17.03.2024 11:29

Fəqərə arası disklər elastik olub, onurğanın hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, zərbə və travmaların dəf edilməsinə xidmət edir.


Aztibb.az xəbər verir ki, nevroloq, regenerativ tibb uzmanı Sevinc Heydərovanın sözlərinə görə, orqanizm yaşlandıqca fəqərələr arasındakı disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi dediyimiz yaşlanmanın təbii bir nəticəsi olaraq ortaya çıxir.


Disklərin içində pulpoz nüvə adlandırılan yumşaq sahə, ətrafında daha sərt bir fibroz halqa, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumşaq toxumanın xaricə doğru çıxması yırtıq (qrıja) adlanır.


Bel fəqərə arası disk yırtıqları vücudumuzun ağırlıq mərkəzinin iki aşağı bel fəqərələrinə (L4-L5) düşdüyünə görə ən sıx rast gəldiyimiz onurğa problemləridir. Yaş irəlilədikcə disklərin tərkibindəki maye azalır və elastikliyi azalmağa başlayır.


Kimlərdə yarana bilər?


- Ağır çəkili insanlar
- Uzun müddət oturaq və ayaq üstü işdə çalışanlar
- Ağır idman və fiziki iş
- Sürücülər
- Qəza keçirənlər

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev