Oruc tutmaq orqanizmə yenilənmə imkanı verir
11.03.2024 09:58

Bu il orta hesabla 14 saatlıq orucu ehtiva edən Ramazan ayında tutulan oruc ruha mənəvi fayda verməklə yanaşı, bədənin dincəlməsinə və yenilənməsinə də töhfə verir.


Aztibb.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Hicran Köremezli Aksan, Ramazan ayında oruc tutanlar üçün sağlam qidalanma tövsiyələrini paylaşıb.


Xroniki xəstəlikləri, şəkərli diabet və ya digər sağlamlıq problemləri olan insanların həkimlərinə müraciət edərək oruc tutmaları lazım olduğuna diqqət çəkən mütəxəssis qeyd edib ki, sağlam fərdlər üçün oruc tutmaq həm də bədən üçün istirahət və yenilənmə fürsəti təmin edir.


Ramazan ayında imsak edərək oruc tutmağın vacib olduğunu və səhər yeməyi kimi qəbul edilə biləcəyini vurğulayan mütəxəssis bildirib ki, sizi tox tutma qabiliyyətini nəzərə alaraq zülalla zəngin qidaları seçməkdə fayda var. Yağ, pendir, yumurta, qatıq və süd kimi az duzlu qidalara üstünlük verilir.


Həzm problemlərini azaltmaq üçün imsakda mövsümi tərəvəzlərin, enerji boşluğunu aradan qaldırmaq üçün isə çiy badam, qoz kimi qidaların istehlak edilməsi məsləhətdir.


İftarda xurma və bir stəkan su ilə iftar açmaqla susuzluq və qan şəkəri normal səviyyəyə salınmalıdır. Daha sonra menyuya bir kasa şorba və nazik dilim tam buğda və ya çovdar çörəyi ilə davam etmək olar. Burada diqqət yetirilməli olan məqam toxluq hissinin ilk 10-15 dəqiqə içində meydana gəlməsidir. Bu səbəbdən şorba ilə iftar etdikdən sonra salat, qatıq kimi qidaları bir müddət dayandırıb əsas yeməyə keçmək olar. Yeməkləri yavaş-yavaş, kiçik dişləmələrlə, yaxşıca çeynəməklə yemək, həddindən artıq qida istehlakını idarə etməyə kömək edir.


İftarın əsas yeməyi ətlə, garnitür tərəvəzlərlə, ətli tərəvəzli xörəklərlə ola bilər.


Ramazan ayında iftar və imsak arasında məhdud müddətdə maye istehlak edilə biləcəyini vurğulayan mütəxəssis qeyd edib ki, iftar ilə imsak arasında 8-10 stəkan su, imsakda isə 3-4 stəkan su içilərsə, maye çatışmazlığı olmayacaq.


İmsaka qalxmadan oruc tutmağı planlaşdıran insanlar mütləq imsakda durub 3 stəkan su içməlidirlər.


Bədəndən su ifrazını artırdığı üçün iftarda qəhvə və çaya üstünlük verilməsini tövsiyə edən mütəxəssis, desert lazım olduğu zaman iftardan sonra meyvənin, həftədə 1-2 dəfə südlü desertlərin də istehlak edilə biləcəyini qeyd edib.


Ekspert Ramazan ayında iftardan 1-1,5 saat sonra 30-45 dəqiqə yüngül və ya orta templə gəzməyin də sağlamlıq üçün faydalı olduğunu bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev