Gənc yaşlarda kolon xərçənginə tutulma halları artıb
21.03.2024 10:21

Türkiyə Qastroenterologiya Dərnəyinin sədri professor Mehmet Cindoruk gənc yaşlarda kolon xərçəngi rastlanmasının artdığını qeyd edərək, xüsusilə işlənmiş qidalardan uzaq durmağı tövsiyə edib.


Aztibb.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, profesor diaqnostikada skrininq testlərinin əhəmiyyəti, yoğun bağırsaq xərçənginin tezliyi və yaranma səbəbləri haqqında danışıb.


O, kolon xərçənginin dünyada ən çox görülən 3-cü xərçəng olduğunu və 40-50 yaşdan yuxarı insanlarda nəzərəçarpacaq dərəcədə artım müşahidə edən bu növün görülmə hallarının son illərdə alt yaşda olan insanlarda piylənmə səbəbiylə də artdığını bildirib.


Yoğun bağırsaq xərçəngində gecikdiyi təqdirdə böyük problemlərin olduğunu vurğulayan həkim, xəstəliyin erkən aşkarlandıqda daha asan müalicəsinin olduğunu bildirib. Belə olduqda sağ qalma 90 faizə çatır. Metastaz verdikdə bu, bu nisbət yüzdə 10-a düşür.


"Kolonoskopiyadan qorxmayın"


Erkən diaqnostikada skrininq testlərinin əhəmiyyətinə diqqət çəkən ekspert, kolonoskopiyanın vacibliyini bildirib: “Xüsusilə genetik meyli olanlarda gənc yaşlarda kolon xərçənginə tutulma halları artır. Son illərdə gənclərdə kolon xərçəngi artmaqdadır. Qidalanma və işlənmiş qidalardan istifadə etməmək çox vacibdir”.


Testləri üçün yaş həddinin 45-ə endirildiyini, ailə xəstəlik tarixçəsi varsa 25-30 yaşa endirilə biləcəyini vurğulayan professor qeyd edib ki, burada qorxulu olan kolon xərçəngi yox, gecikməkdir. Ailə həkimləri nəcisdə gizli qanın olub-olmaması üçün skrininq testi aparırlar.


"Uzun müddətli ishal və ya qəbizlik həyəcan siqnalıdır. Bunlar varsa, təcili olaraq qastroenteroloqa müraciət etmək lazımdır.Bu əlamətlərlə çox erkən diaqnoz qoymaq şansımız var.Kolonoskopiya qəti diaqnozu qoyacağımız üsuldur”, - deyə professor bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev