Kök hüceyrə müalicəsi üçün bel yırtığı ölçüsünün fərqi yoxdur
11.03.2024 12:13

Tibb dünyasının bel və onurğa ağrılarında ən son müasir müalicə yolu kök hüceyrədir. Dərman, fizioterapiya və s. metodlardan nəticə almayan xəstələrdə tətbiq edilən bu yöntəm onurğa fəqərələrarası yırtıqlarda da effektivdir. Təcrübələr göstərib ki, kök hüceyrədən sonra qarşıdakı dövrdə bir daha ağrılar geri qayıtmır.


Aztibb.az xəbər verir ki, nevroloq, regenerativ tibb uzmanı Sevinc Heydərovanın sözlərinə görə, müalicənin effektiv olmasında önəmli faktor xəstənin özündən alınan kök hüceyrənin problemin əsl qaynağında olan ağrıya səbəb olan dəyişikliyi aradan qaldırmasıdır.


Kök hüceyrə qalıcı və daim effekt təmin edir. Xəstəni artıq, əlavə müalicələrdən, xərclərdən xilas edir.


Kök hüceyrələr keçmişdə sümük iliyindən və qanından əldə edilməyə çalışıldı. Ancaq kök hüceyrələrin insan yağlı toxumasında sümük iliyindən 50 qat daha çox olduğu və bugün 200cc (bir su şüşə) yağından derzləri təmir etmək üçün kifayət qədər miqdarda kök hüceyrələri əldə etmək mümkün olduğu aşkar edilib.


Proses əməliyyatxanada aparılır, xəstəyə sedasiya verilir. Kiçik bir liposaksiya metodu ilə qarın yağlarından yağ hüceyrələri alınır. Onlar xüsusi laboratoriyada xüsusi filtrdə kök hüceyrəyə ayrılır. Kök hüceyrə rentgen cihazı altında birbaşa diskin içinə nazik iynə köçürülür.


Xəstə həmin gün evə yazılır, 4 gün yataq rejiminə əməl etdikdən sonra işinə, həyatına dönür.


Kök hüceyrələr isə 6-8 həftə ərzində problemli, xəstə disk hüceyrələrini yeniləyir, bərpa edir, yırtıq və disk degenerasiyasını geniş sahədə bərpa edir. Bədənə kənar bir maddə girmədiyi üçün allergik reaksiya baş vermir. Nadir halda, kəskin xəstələrdə ikinci dəfə kök hüceyrə təkrarlana bilər.


Kök hüceyrəyə yırtıqlar ağırlaşmadan, ən ağır dərəcəyə keçmədən, aşağı ətraflarda hərəkətsizlik yaratmayana qədər müraciət edin. Kök hüceyrə müalicəsi üçün yırtığın ölçüsünün fərqi yoxdur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev