Diabetik ayaq yaralarının müalicəsində svf kök hüceyrə terapiya əhəmiyyətlidir
10.03.2024 15:35

Diabetik ayaq müalicəsində sümük iliyindən, yağdan, periferik qandan və plasentadan alınan kök, progenitor hüceyrələrin istifadəsi hər gün daha da aktuallaşır.


Aztibb.az xəbər verir ki, nevroloq, regenerativ tibb uzmanı Sevinc Heydərovanın sözlərinə görə,kök hüceyrələr angiogenik faktorları ifraz edərək neovaskularizasiyaya kömək edir.


Bununla yanaşı bu hüceyrələr işemiya zamanı, diabetik ayaqda hüceyrə çoxalmasını və hüceyrə keçiriciliyi aktivləşdirərək epitelizasiyanı sürətləndirir. Bu yöndə təsirli metodlardan biri pasientin göbəkətrafından liposaksiya yöntəmi ilə əldə edilən 200ml yağdan ayrılan svf kök hüceyrələri (CD 34(+) ) diabetik ayaq olan pasientə tətbiq edərək yaranın sağalmasını təmin etməkdir.


Diabetik ayaq non-travmatik amputasiyaların ən vacib səbəblərindəndir, ən önəmli sosyal-ekonomik bir problemdir. Diabetik ayaq ABŞ da ölüm səbəbləri arasında 7-ci yeri tutur. Diabet xəstələrinin 15%-də diabetik ayaq əmələ gəlir və bunların 14-20% i amputasiyaya məruz qalır.


Diabetin gecikmiş ağırlaşmaları olan periferik neyropatiya, periferik damar xəstəlikləri, infeksiya və ayaq travmaları yaraların başlıca səbəbləridir.


Diabetik ayaq yaraları kimi çətin sağalan yaraların müalicəsində svf kök hüceyrə, progenitor çox effektivdir. yaxın gələcəkdə bununla bağlı daha böyük işlər görüləcəyi aşkardır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev